Qurumun 19 əməkdaşı işdən çıxarıldı - SƏBƏB

Qurumun 19 əməkdaşı işdən çıxarıldı - SƏBƏB

Hazırda oxunan: Qurumun 19 əməkdaşı işdən çıxarıldı - SƏBƏB
0:00
0:00
49415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Trend-ə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Meşələrin İnkişafı Xidməti və tabeli qurumlar tərəfindən ümumilikdə 2021-ci ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3457 akt tərtib edilərək, 441 215 manat məbləğində ziyan hesablanıb.

"Bundan 2962 akt 6050 m3 həcmində 12834 ədəd ağacın qanunsuz kəsilməsinə görə tərtib edilib.

Meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 9 ay ərzində 216 478 manat məbləğində 186 iş Hüquq mühafizə və Məhkəmə orqanlarına göndərilib. Həmçinin meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilməklə 19 meşə təsərrüfatı əməkdaşının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib" - deyə, xidmət rəisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO