Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir - FOTO

Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir - FOTO

Hazırda oxunan: Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir - FOTO
45848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) velosiped nəqliyyatının inkişafına dair tədbirlər planı hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilir ki, plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda velosiped yollarının uzunluğu artırılır


Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb.

Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.

Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1,5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.
 

Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub. Birincisi, yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə. İkincisi isə, digər ərazilərdə tikinti-quraşdırma işləri aparılmaqla.


Bu il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib. Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO