Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir – Görüşün tarixi... 

Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir – Görüşün tarixi... 

Hazırda oxunan: Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir – Görüşün tarixi... 
44643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə yeni görüşün konkret tarixi hələ ki, bəlli deyil. Lakin Moskvaya səfər istisna edilmir”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda jurnalistlərin Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərini DƏYƏRLƏNDİRDİ 


Ceyhun Bayramov rusiyalı həmkarı ilə oktyabr ayında Minskdə görüşdüyünü xatırladıb. 

“Biz Rusiya ilə daim əlaqədəyik. Rusiya-Azərbaycan gündəliyi çox genişdir, bu baxımdan biz vaxtaşırı görüşürük. Növbəti görüşün konkret tarixi hələ ki, bilinmir. Lakin biz bu ehtimalı heç vaxt istisna etmirik”, - deyə C. Bayramov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO