Azərbaycanda DƏHŞƏT - Kirayə pulunu verə bilməyən şəhid anası intihara cəhd etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT - Kirayə pulunu verə bilməyən şəhid anası intihara cəhd etdi - FOTO

43338

Azərbaycanda şəhid anası intihara cəhd edib. Söhbət 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Həsənov Sahib Azər Oğlunun anası Məmmədova Vüsalə Gülbala qızından gedir. 

Bizim.Media xəbər verir ki, bu barədə Arzu Abdulla adlı profil sahibi “Facebook” hesabında paylaşım edib.

Bildirib ki, 44 günlük müharibədə yeganə övladını itirən Vüsalə Məmmədova bu gün dərman içərək özünü öldürmək istəyib.

Yaxınlarının dediyinə görə o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada qan qusur, durumu çox ağırdır.

“Kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri "başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz" deyir. Dərdimizi kimə deyək?", - deyə paylaşımda qeyd olunub.

İntihara cəhd edən Vüsalə Məmmədovanın anası Almaz Məmmədova Bizim.Media-ya açıqlamasında qızının durumunun hələ də ağır olduğunu deyib:

“Təzyiqi gah qalxır, gah da düşür. Ona görə həkimlər evə buraxmırlar. 20-dən çox həb qəbul edib. Gəncədə aylığı 250 manat olan evdə qızımla mən qalıram. Yeganə övladı şəhid oldu. Başqa övladı da yoxdur ki, tutacaq yeri və ona dayaq olsun. Olsa, onlara söykənib yaşayardı. Dəfələrlə Gəncə İcra Hakimiyyətinə getdi. Başçının qəbuluna düşə bilmədi və çarəsi kəsildi. Deməyə bir söz yoxdur artıq...”, - deyə Almaz ana əlavə edib. 

Məsələ ilə bağlı Gəncə Rayon icra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO