Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Hazırda oxunan: Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı
0:00
0:00
41534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 44-BC-005 dövlət nömrə nişanlı “Zil” markalı, Masallı rayonunda isə 99-VK 742 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitələrilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Xidmət rəisi Hikmət Əlizadə Bizim.Media-ya bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı ümumilikdə 7,43 m3 həcmində işlik meşə materialı aşkar edilib:

“Araşdırma zamanı meşə materialının Masallı rayon sakini Ramin Səfərov və Lənkəran rayon sakini Xəyal Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1226 manat məbləğində ziyan dəydiyi məlum olub”.

H.Əlizadə onu da qeyd edib ki, işlik materialın haradan əldə olunmasının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO