Bakı Zooparkı ziyarətçilər üçün AÇILDI – Bu şəxslər üçün giriş pulsuzdur 

Bakı Zooparkı ziyarətçilər üçün AÇILDI – Bu şəxslər üçün giriş pulsuzdur 

Hazırda oxunan: Bakı Zooparkı ziyarətçilər üçün AÇILDI – Bu şəxslər üçün giriş pulsuzdur 

40852

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb. 

Bizim.Media xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub. 

Kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Bu gün isə kassalar 15:00-dan açılacaq.

Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər. 

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO