Bakıda Kibertəhlükəsizlik ayına start VERİLDİ

Bakıda Kibertəhlükəsizlik ayına start VERİLDİ

Hazırda oxunan: Bakıda Kibertəhlükəsizlik ayına start VERİLDİ

40445

Hər il oktyabr ayı dünyanın bir sıra ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kibertəhlükə yayan əsas ölkələr bəlli oldu – Yaponiya SİYAHI VERDİ


Bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kibertəhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 

Maarifləndirmə xarakterli tədbirlər, əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.


Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə oktyabr ayı ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE həştəqlərindən istifadə edərək maarifləndirmə kampaniyasına qoşulmağa dəvət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO