VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi - FOTO

Hazırda oxunan: VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi - FOTO

40433

Oktyabrın 6-dan Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərginin açılışı və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah, Milli Məclisin deputatları Anar İsgəndərov, Qəzənfər Paşayev və digər şəxslər iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan Milli kitabxanalarının əməkdaşları öz ölkələrinə dair ekspozisiya ilə təmsil olunublar.

Tədbirdə Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO