Sosial şəbəkədə görüntüləri yayılan avtoxuliqan həbs edildi - VİDEO

Sosial şəbəkədə görüntüləri yayılan avtoxuliqan həbs edildi - VİDEO

Hazırda oxunan: Sosial şəbəkədə görüntüləri yayılan avtoxuliqan həbs edildi - VİDEO
39542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Məlum olub ki, hadisə paytaxt sakini Asif Niftəli tərəfindən törədilib. O, yol polisləri tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov Rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO