Azərbaycan Ordusu Naxçıvanda terrorla mübarizə üzrə xüsusi təlim keçirdi - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusu Naxçıvanda terrorla mübarizə üzrə xüsusi təlim keçirdi - VİDEO

39515

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində terrorla mübarizə mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib. 

Taktiki-xüsusi təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, əsas diqqət şəxsi heyətin binalarda antiterror əməliyyatlarının aparılması, əsir və girovların azad edilməsi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib. 

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıların əksəriyyətini məhv edir, müxtəlif silah nümunələrini ələ keçirir, terrorçuların bir neçəsini əsir götürür və mülki vətəndaşlarımızı sağ olaraq əsirlikdən azad edirlər. 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin sonunda mükafatlandırma mərasimi keçirilib. 

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO