Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ 

Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ 

Hazırda oxunan: Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ 
0:00
0:00
38280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda xidmət aparan YPX əməkdaşları tərəfindən bu qayda və tələblərə əməl edilməsi diqqətdə saxlanılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüləri üçün pis xəbər: oktyabrın 1-dən... - VİDEO


“İnzibati Xətalar Məcəlləsinin 211 –ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsinə uyğun olaraq, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir”. 

Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO