Təhsil İnstitutu ADA ilə əməkdaşlığa başladı - FOTOLAR  

Təhsil İnstitutu ADA ilə əməkdaşlığa başladı - FOTOLAR  

Hazırda oxunan: Təhsil İnstitutu ADA ilə əməkdaşlığa başladı - FOTOLAR  

38226

Azərbaycan Respublikasının Təhsil İnstitutu “ADA” Universiteti ilə əməkdaşlığa başlayıb.

Bizim.Media xəbər verir ki, sentyabrın 20 - də iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.  

“ADA” Universitetində keçirilən tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, “ADA” Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal və fakültənin bir sıra əməkdaşları iştirak ediblər.  

ARTİ-nin direktoru Rüfət Əzizov və “ADA” Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal tərəfindən imzalanan Anlaşma Memorandumu bir sıra fəaliyyətləri özündə əks etdirəcək.  

Sözügedən fəaliyyətlərdə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və bu istiqamət üzrə birgə proqramlar həyata keçirilməsi nəzərdə tutulub.
 

O cümlədən sənəddə doktorantura pilləsi üzrə təhsilin təşkilinə, əlavə təhsil üzrə ikili diplomların (sertifikatların) verilməsinə və  innovativ təşəbbüslərin meydana çıxmasına, akademik heyət, tələbə və məzunların maarifləndirilməsinə, təhsil sahəsində potensial sahələrin araşdırma fəaliyyətlərinə və ixtiraçıların fəallığının artırılmasına dəstək də öz əksini tapacaq.


Bundan başqa Anlaşmaya Universitet nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə akademik tədqiqatların inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, əmək bazarına qədər olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi də daxildir.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO