Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

Hazırda oxunan: Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

36859
AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidovun işindən apellyasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını, Elnur Seyidova bəraət verilməsini, onun pozulmuş hüquqlarının bərpa edilməsi tələblərini qoyublar: “Eyni zamanda Elnur Seyidova dəyən mənəvi ziyana görə 45 min, maddi ziyana görə 24 min manat kompensasiya ödənməsi tələbini qoymuşuq”.
 
Elnur Seyidov 2012-ci ilin mart ayından həbsdədir və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il yarım azadlıqdan məhrum edilib. O, dələduzluqda, vəzifə saxtakarlığında təqsirli bilinib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO