Elman Məmmədov: “Həmsədrlərlə ermənilərin mövqeyində fərq görmürəm”

Elman Məmmədov: “Həmsədrlərlə ermənilərin mövqeyində fərq görmürəm”

Hazırda oxunan: Elman Məmmədov: “Həmsədrlərlə ermənilərin mövqeyində fərq görmürəm”

36670

Moderator.az-ın məlumatına görə, deputat E.Məmmədov Publika.Az-a açıqlamasında deyib ki, Serj Sarkisyan terrorçu qurumun başçısıdır. Onun sözlərinə görə, bu adamın sərbəst və müstəqil fikirləri yoxdur: “Bunlar Rusiya tərəfindən idarə olunan bir qurumdur. Erməniləri 300 ilə qədər bir dövrdə idarə edən və dünyanın müxtəlif yerlərindən köçürüb Azərbaycanın tarixi ərazilərində yerləşdirən də Rusiya İmperiyası olub. İndi də Ermənistan Rusiya tərəfindən idarə olunur və bütün məsələlərdə söz sahibi ermənilər deyil, əksinə Rusiyadır. Əgər indi Rusiya göstəriş versə ki, Ermənistan 5 deyil, Dağlıq Qarabağı və ətraf 7 rayonu da işğaldan azad etsin, ermənilər dərhal bunu edəcəklər. Çünki burada söz sahibi Rusiyadır”.

 

Xocalıdan olan deputat qeyd edib ki, başda BMT olmaqla, beynəlxalq birlik və beynəlxalq hüquq isə yalnız və yalnız böyük güclərin dünyanın müəyyən ölkələrinə nəzarət etməsi, onlardan istədiklərini alması və oranı idarə etməsi üçün yaradılmış bir mexanizmdir: “Mən bu fikirlərimi BMT-nin özündə də bəyan etmişəm. Artıq bu qurum öz nüfuzunu itirib”.

 

O deyib ki, “ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi ilə Ermənistanın mövqeyində heç bir fərq görmürəm”.Onun sözlərinə görə, həmsədrlik institutu çoxdan bəri BMT-nin Təhlükəsizlik Şurası ilə əvəz olunmalı idi: “Hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa xristian dövlətləridir. Bu dövlətlər heç vaxt Azərbaycanın mövqeyini müdafiə etməyib və bundan sonra etməyəcək. Çünki bu dövlətlərdə ermənilərin imkanları yüksəkdir. Biz Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri ilə əvəzlənməsinə çalışmalıyıq. Əks halda bu münaqişə hələ çox yubanacaq. Çünki Minsk qrupu münaqişənin həlli üçün yaradılmayıb. Minsk qrupunun yaradılmasında əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinin yubandırılmasıdır. Mən bu fikirimi hər zaman demişəm və bundan sonra da deyəcəm. Mən həmsədrlərlə ermənilərin mövqeyində fərq görmürəm. Həmsədrlər sanki Ermənistanın vəkilləri kimi çıxış edirlər. Axı niyə Minsk qrupundə bir müsəlman ölkəsi belə təmsil olunmur? Niyə Minsk qrupu ancaq 3 xristian və ermənipərəst dövlətdən ibarət olmalıdır? Odur ki, bu tərkib dəyişilməlidir və Minsk qrupu BMT Təhlükəsizlik Şurası ilə əvəz olunmalıdır”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO