NİKAH MÜQAVİLƏSİ – Boşanma mübahisələrinə son qoya bilərmi?

Hazırda oxunan: NİKAH MÜQAVİLƏSİ – Boşanma mübahisələrinə son qoya bilərmi?

35806

Son illər boşanmalar zamanı yaranan narazılıqların çoxu qarşılıqlı əmlak bölgüsü səbəbilə yaşanır. Bu isə ortada əvvəlcədən əldə olunmayan razılığın, heç bir sənədin olmamasından ortaya çıxır. 

Azərbaycan cəmiyyətində hələ də nikah müqaviləsinin imzalanmasına birmənalı qarşılanmır. Hətta bir tərəfin digərinə bu təkliflə gəlməsi təhqir belə sayılır. 

Qeyd edək ki, bu əsasən psixoloji təsirlərdən əmələ gəlir. Yeni evlənən cütlüklər əlaqələrinin ən romantik vəziyyətlərini yaşayırlar. O zaman onların qarşısında boşanmaq haqqında söz deyən insanlar isə onların aqressiyaları ilə qarşılaşa bilir.
 

MÖVZU İLƏ BAĞLI:

Boşanmaq istəyənlər bu mərhələdən keçəcəklər - SƏBƏB 


Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Nəzərə alsaq ki, Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Bu da zamanı gəldikdə bir çox problemlərin həllində insanlara kömək edə bilər.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında deyir ki, nikah müqaviləsinin imzalanması hətta boşandıqdan sonra yaşanan cinayətlərin belə qarşısını ala bilər.

“Nikah müqaviləsinə cəmiyyətdə bir təpki var. Düzdür indi reallığı başa düşən insanlar bir az olğunlaşıblar. Boşandıqdan sonra ailələrdə ciddi problemlər yaşanır və onlar məhkəmələrə üz tutmalı olurlar.

Burada əmlak, övlad və digər problemlərə görə mübahisələr yaşanır. Məsələn qız ailə quranda qaynataya məxsus olan  evə gəlin gedir, gələcəkdə boşandıqda isə onun heç bir əmlak hüququ olmur. Bir başqa vəziyyətdə ata uşaqları qaçırdıb aparır, ana məhkəməyə müraciət edir.

Baxın, bütün bu problemlər vaxtında nigah müqaviləsində öz əksini tapa bilər. Hətta belə aliment məsələsi də o sazişdə qeyd olunar. Məsələn orada uşağın təhsili, sağlamlığında problem yaranarsa əlavə xərclər barəsində də qeyd ola bilər. Düzdür bunlar məhkəmə yolu ilə də həll oluna bilər, amma uzun proseslərdir.
 

Ancaq nikah müqaviləsi qısa yolla tam bu məsələləri həll edə bilər. Baxırsız ki, boşanmadan sonra mübahisə zəmnində döyülmələr, qətllər olur. Bir növ bu müqavilə müəyyən bir qismində onun da qarşısını ala bilər”.


Vəkil onu da qeyd edib ki, cəmiyyət arasında hələ də bu müqaviləni tərtib etməyə özlərinə utanc bilən ailələr var.

“Vəkillik praktikama görə deyə bilərəm ki, cütlüklər hələ də bu müqaviləni imzalamağa razı deyillər. Çünki heç kim evlənəndə boşanmaq haqqında düşünmür. Ancaq həyatın hər bir halını düşünmək lazımdır. Məsləhət görərdim ki, cütlüklər vəkil yanında qarşılıqlı razılığa gəlib, nikah müqaviləsi tərtib etdirib imzalaya bilərlər. Burada əsasən qadın öz gələcəyini, övladları olarsa onların gələcəyini təmin edir”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Bizim.Media-ya açıqlamasında isə bildirib ki, əvvəlcədən bu cür razılıq əldə etmək dinimiz tərəfindən də bəyənilir:
 

“Qarşılıqlı razılaşma əsasında imzalana müqavilə gələcəkdə cütlüklər arasında yaşanan münaqişələrin sülh yolu ilə həll olunmasına zəmin yaradır.


Dinimiz iki insanın razılığı ilə hər hansı bir sənədin imzalanmasına qarşı deyil. Hətta ticarətlə məşğul olan insanların da arasında sövdələşmə barədə sənədin imzalanmasını tövsiyyə edirki, sonda ortaya hansısa bir problem çıxmasın”.

İlahiyyatçı qeyd edib ki, hətta dini nikahda belə müəyyən şərtlər qarşılığında kəsilir.

“Düzdür, bizdə bu nikahın hüquqi etibarı yoxdur, ancaq dini nikah sayılan kəbin bağlananda belə orada müəyyən şərtlər olur. Məsələn orada kişi kəbin kəsdirdiyi qadına gələcəkdə təminat üçün qarşılığında ona mehriyyə təqdim edir. Mehriyyə isə xüsusi mal varlığıdır. Bu kişinin imkanlarına görə təyin edilir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO