Boşanmaq istəyənlər bu mərhələdən keçəcəklər - SƏBƏB 

Hazırda oxunan: Boşanmaq istəyənlər bu mərhələdən keçəcəklər - SƏBƏB 

25881

Nikah müqaviləsi və onun məzmunu dəyişir. 

Bizim.Media xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər. 

Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər.

Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO