Nəqliyyat Nazirliyi sürücülər üçün radio açdı

Nəqliyyat Nazirliyi sürücülər üçün radio açdı

Hazırda oxunan: Nəqliyyat Nazirliyi sürücülər üçün radio açdı

33587
"Auto FM" əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandıracaq 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 107.7 tezliyində "Auto FM" radiosu sentyabrın 9-dan etibarən texniki yayıma başlayıb. Moderator.az xəbər verir ki,NİİM-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əsas yayıma isə oktyabr ayında start veriləcək.

"Auto FM" əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır. "Auto FM" radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.

Qeyd edək ki, radioya 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO