Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salındı

Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salındı

Hazırda oxunan: Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salındı

31289

"Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, ordan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür".

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib.

"Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub", - deyə o, qeyd edib.

Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir.

Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO