Bakıda neçə yeni məktəb binası inşa olunur?

Bakıda neçə yeni məktəb binası inşa olunur?

Hazırda oxunan: Bakıda neçə yeni məktəb binası inşa olunur?
30967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, ehtiyac olan ərazilərdə 8 yeni məktəb inşa olunur.

Onlardan 5-də tikinti işləri artıq yekunlaşıb. Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.

Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub. Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO