Azərbaycanda bu çaylar daşacaq, sel gələcək – Rəsmi

Azərbaycanda bu çaylar daşacaq, sel gələcək – Rəsmi

Hazırda oxunan: Azərbaycanda bu çaylar daşacaq, sel gələcək – Rəsmi

29604

Azərbaycanda bəzi çaylarda sel təhlükəsi yarana bilər.

Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib:  

“Şimal və Qərb rayonlarında gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçmə ehtimalı var”

Asif Verdiyev bildirib ki, qısamüddətli sel əsasən Böyük Qafqazın Balakən-Şəki bölgəsindən keçən Talaçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsindən axan Dəmiraparnçay, Quba-Xaçmaz bölgəsindən axan Qusarçay, Gidyalçay, Vəlvələçay, Qaraçayda, Kiçik Qafqazda Zəyənçay, Gəncəçay, Şəmkirçay və Kürəkçaydan keçə bilər. 

Gözlənilən yağıntılı hava şəraiti son zamanlar sululuq səviyyəsi azalan Kürə öz təsirini göstərə bilərmi?

Asif Verdiyev bildirib ki, gözlənilən yağışlarla əlaqədar ümumiyyətlə əksər çaylarda sululuğun artması gözlənilir:

“Kür çayına tökülən çaylarda da sululuğun artması gözlənilir ki, bu da nisbətən də olsa Kür çayına öz təsirini göstərəcək”.

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO