Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq

Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq

Hazırda oxunan: Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq
27586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq. Yollardan birinin eni 60, digəri 55 metr olacaq. ".

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Bundan başqa, onun sözlərinə görə, şəhərdə uzunluğu 79 km olmaqla xüsusi velosiped zolağı yaradılacaq.

“Burada həmçinin şəhər parkları və açıq məkanların əlçatanlığı 400 metr, meşə parklarının əhatə dairəsi isə 1 000 metr təşkil edəcək. Bu da insanların piyada həmin ərazilərə getməsinə şərait yaradacaq. Baş Plana uyğun olaraq Ağdam şəhərində 15 məktəb və uşaq bağçası olacaq. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr olacaq. Əhalinin hər 1 000 nəfərinə məktəblərdə 180 şagird yeri nəzərdə tutulub. Hər ümumtəhsil məktəbi 960 şagird yeri olmaqla hesablanıb”, - o qeyd edib.

E.Hüseynov həmçinin bildirib ki, Ağdamda özəl sektorun fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO