Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Hazırda oxunan: Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
274150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.

Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
 

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb.


Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO