Sədərəkə gedən bu marşrut xətti üzrə avtobuslar YENİLƏNDİ - QİYMƏT 

Sədərəkə gedən bu marşrut xətti üzrə avtobuslar YENİLƏNDİ - QİYMƏT 

Hazırda oxunan: Sədərəkə gedən bu marşrut xətti üzrə avtobuslar YENİLƏNDİ - QİYMƏT 
27403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət başçısının tapşırığına əsasən vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.

Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.

Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min nəfərdən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.

Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Xətt üzrə tarif 0,35 manat müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO