Ağsuda kişi lotereyada bu yolla pul “uddu” - Məhkəməlik oldular

Ağsuda kişi lotereyada bu yolla pul “uddu” - Məhkəməlik oldular

Hazırda oxunan: Ağsuda kişi lotereyada bu yolla pul “uddu” - Məhkəməlik oldular
273712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu şəhərində maraqlı hadisə baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhər sakini M.Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı V.Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib.

Bileti götürən V.Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və M.Hüseynovun arxasıyca onu söyüb.

Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib.

V.Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bileti saxtalaşdırdığını etiraf edən M.Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. V.Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO