Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA

Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA

Hazırda oxunan: Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA
271829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada məlum olan 2000-dən artıq palçıq vulkanının 344-ü Azərbaycandadır. Bunların da çoxu Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasındadır.

Bəs, Azərbaycanda ən aktiv palçıq vulkanları harada yerləşir? Onların hansı əhəmiyyəti var? Palçıq vulkanlarının püskürmə ehtimalı nə qədərdir?

Bütün bu suallara Bizim.Media-nın hazırladığı infoqrafikada cavab tapa bilərsiniz:

Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA - foto 1

Qeyd edək ki, ən aktiv vulkanlardan başqa Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında palçıq vulkanlarına rast gəlmək mümkündür.

Şamaxı – Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq vulkanlarıdır.  Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz — Ağtirmə (Ayazaxtarma), Hacıvəli və başqa vulkanlar var.

Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşir.

Küryanı ərazi – bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları var.

Şəfiqə Şəfa, Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO