Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO

Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO

Hazırda oxunan: Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO
271125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib. Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.

Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.

O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, cərrah kimi təhsili yoxdur.

Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO - foto 3

 

Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur. “Baku Medical Plaza”da bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.


Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.

Onu da qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur.

Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO - foto 1
Həkim kimi adı siyahıda olmayan Dilqəm Məhərrəmov bu yola əl atdı – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO