Qeyri-sabit hava şəraiti oktyabrın ortalarınadək davam EDƏCƏK

Qeyri-sabit hava şəraiti oktyabrın ortalarınadək davam EDƏCƏK

Hazırda oxunan: Qeyri-sabit hava şəraiti oktyabrın ortalarınadək davam EDƏCƏK
271094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək".

Bizim.Media xəbər verir ki, bunu “Apa.az”a açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“Sonrakı günlərdə hava şəraitinin nisbətən sabit, illik iqlim normasına yaxın keçəcəyi gözlənilir. Amma şimaldan gələn hava kütlələri artsa, intensiv yağışlar davam edəcək. Bunun nəticəsində mail yamaclarda torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq. Eyni zamanda, intensiv yağış çaylarda sululuğun artmasına səbəb olur. Bununla da müvəqqəti çay daşqınlarının da baş verməsi gözləniləndir”, - o bildirib.

Həmçinin o qeyd edib ki, son 10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır:

“Hazırda şimaldan gələn soyuq hava kütlələri üstünlük təşkil edir. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda, o cümlədən, Goranboy, Daskəsən, Şəki, Zaqatala, Balakən və s. bölgələrində sel hadisələri müşahidə olunub. Bundan əlavə, bitki örtüyü az olan zonalarda, Qəbələdə, Şəkidə və s. regionlarda kiçikmiqyaslı torpaq sürüşmələri də baş verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO