Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO

Hazırda oxunan: Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO
270957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə ölkənin fərqli regionlarında kibertəhlükəsizlik üzrə maarifləndirmə və kadr hazırlığı istiqamətində fəaliyyət genişləndirilməkdədir.

Bizim.Media xəbər verir ki, ilk təşəbbüsə 16 sentyabr tarixində Saatlı rayonunda start verilib. 

Mərkəzi Aran regionunda həyata keçirələcək layihənin təqdimatı zamanı gənclərin, təhsil işçilərinin, dövlət və özəl qurumların əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə AKTA tərəfindən proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibergigiyena tələblərinə xüsusi diqqət çəkilərək, kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı barədə ətraflı məlumat verilib.

Tədbirdə AKTA-nın icraçı direktoru Rauf Cabarov, AKTA eksperti Rəşad Əliyev, AKTA üzvü olan Cybersign şirkətinin direktoru Elvin Axundov və AKTA kiber diaspora üzvü Elgün Bəxtiyaroğlu iştirak edib və fərqli mövzularda çıxışlar ediblər.

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 4

Tədbirdə Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verildiyi elan olunub. Saatlı Rayonunun İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov AKTA-nın bu təşəbbüsünü təqdirəlayiq hesab edərək, layihəyə dəstək veriləcəyini bildirib.

AKTA-nın regionlarda başladığı layihə çərçivəsində Mərkəzi Aran regionunda Saatlı və ətraf rayonların gəncləri proqramlaşdırma, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik sahəsində CISCO Şəbəkə Akademiyası (“CISCO Network Academy”) beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin ediləcəklər.

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 5

Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunacaq. 


Təlimlərdə beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə ediləcək. Təlimlərin sonunda iştirakçılara AKTA və CISCO Şəbəkə Akademiyasının sertifikatları təqdim ediləcək. Xüsusilə qeyd edilməlidir ki, AKTA və CISCO Şəbəkə Akademiyası arasında mövcud razılaşmaya əsasən bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60% endirim tətbiq ediləcək.

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 6

Layihə çərçivəsində kiber maarifləndirmə tədbirləri Saatlı rayon məktəblərində davam etdiriləcək.


Burada şagirdlərə və müəllimlərə kibergigiyena haqqında zəruri məlumatlar veriləcəkdir. Qeyd olunmalıdır ki, bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihə olmaqla gələcəkdə digər rayonlarda davam etdiriləcək.

Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 1
Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 2
Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilir – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO