Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Hazırda oxunan: Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO
270868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhərinə və Xocalı rayonuna "Prezidentin izi ilə" ənənəvi media tur təşkil olunub. 

Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, media nümayəndələri ilkin olaraq Xocalı rayonun Şuşakənd kəndində olublar. 

Məlumat verilib ki, indiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
 

Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.


Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO - foto 1


Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO