Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ

Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat CƏRİMƏLƏNDİ
270188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib.

Bizim.Media xəbər verir ki, stomatoloq 5 min manat cərimələnib.

Məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5000 manat məbləğində cərimə tətbiq edilib.

Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib.

Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO