Elman Nəsirovu İşçi Qrupuna salmadılar - Narazılıq etdi

Elman Nəsirovu İşçi Qrupuna salmadılar - Narazılıq etdi

Hazırda oxunan: Elman Nəsirovu İşçi Qrupuna salmadılar - Narazılıq etdi
269685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Deputat Elman Nəsirov Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salınmamağı ilə bağlı narazılıq edib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, deputat bu məsələyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında toxunub.

“Mənim namizədlik dissertasiyam Azərbaycan-ABŞ münasibətləri, doktorluq dissertasiyam ABŞ və beynəlxalq terrorizm məsələləri olub. Nədənsə mən müraciət edəndə, məni Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna salmamışdılar.

Peşə fəaliyyətim bu ölkə ilə bağlı olduğundan, az-çox bu ölkəni tanıyıram. İmkan olsa idi, dostluq qrupunun üzvü olmaq istəyərdim”, - deputat bildirib.

Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri deputat Səməd Seyidovdur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO