Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO
268426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında "Suriya qızılı" kimi tanınan qızıllarla bağlı alıcılara xəbərdarlıq ediblər.

Buna səbəb isə həmin qızılın əyarına edilən müdaxilədir. Məlumata görə, normal şəraitdə rəsmi zərbxana tərəfindən buraxılan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla bazara daxil edilən və ya qeyri-qanuni sexlərdə istehsal olunan Suriya qızıllarında əyar 18, 14, hətta 8-ə qədər endirilir.

Bizim.Media xəbər verir ki, xarici görünüşcə zərbxana qızılları ilə eyni olan bu saxta məhsulları ayırd etmək isə demək olar ki, mümkünsüzdür. Bəs Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Suriya qızılı satılırmı?

Zərgərlər Assosasiyasının sədr müavini Rövşən Əmircanov deyir ki, idxal olunan qızıl məmulatlarında belə problemlərə az rast gəlinir.

Onun sözlərinə görə, saxtakarlıq kimi problemlər əsasən qızıl və ya gümüşdə yox, qiymətli daşlarda müşahidə olunur.

Rövşən Əmircanov bildirib ki, vətəndaşlar qiymətli daşlarda olduğu kimi, digər zərgəlik məhsullarını da alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO