16 il iş almışdı, həbsdə də cinayət törətdi... - Foto

16 il iş almışdı, həbsdə də cinayət törətdi... - Foto

Hazırda oxunan: 16 il iş almışdı, həbsdə də cinayət törətdi... - Foto
268248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci il dekabrın 31-də - Yeni il bayramı gecəsi qətl törədən 37 yaşlı Asim Nəcəfov həbsxanada da cinayət törədib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 16 illik həbsə məhkum edilmiş şəxs Nizami rayonunda saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində oranın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru S.Kərimovu (şərti) yumruqla vurub. 
 

Belə ki, 30 günlük cərimə təcridxanasına salınmış Asim valideynləri ilə görüş yerinə aparılarkən müəssisənin baş inspektoru ilə digər əməkdaşının onu müşayiət etməsinə etirazını bildirib. Bu zaman o, yumruqla ədliyyə mayoruna zərbə endirib.


Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə iş açılıb.

Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Asimin bu əmələ görə 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ona daha əvvəl təyin olunmuş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddəti yeni hökmlə qismən birləşdirilib. Beləliklə, məhkumun qalan cəza müddəti 13 il 6 ay müəyyən edilib.

Qeyd edək ki, A. Nəcəfov 4 il öncə paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevi qətlə yetirib.

16 il iş almışdı, həbsdə də cinayət törətdi... - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO