Quru əncirin möcüzəvi FAYDALARI

Quru əncirin möcüzəvi FAYDALARI

Hazırda oxunan: Quru əncirin möcüzəvi FAYDALARI
267218
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik.

Bizim.Media xəbər verir ki, ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir.

Bəs siz əncirli südün inanılmaz faydalarını bilirdinizmi?

Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır.

Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.

Qəbizlik üçün əncirli südü necə istifadə etməli?

Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4 ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra qəbizlik probleminə vida edəcəksiniz.

Öskürək üçün əncirli südün hazırlanma qaydası isə belədir:

Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.

Əncirli süd qarışımı boğaz ağrısının da birəbir dərmanıdır:

2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.

Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir. (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO