Göyçayda ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Göyçayda ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Hazırda oxunan: Göyçayda ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO
265837
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıb. 

Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
 

Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. 


Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.



Göyçayda ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO - foto 1

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO