İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı - SƏRƏNCAM

İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı - SƏRƏNCAM

Hazırda oxunan: İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı - SƏRƏNCAM

265553
Prezident İlham Əliyev Nizami Manaf oğlu Xudiyeva Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, N.Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvanda anadan olub.xa0

1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının, Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO