"Belə geyinirəm ki, insanların gözü gözəllik görsün" - VİDEO

"Belə geyinirəm ki, insanların gözü gözəllik görsün" - VİDEO

Hazırda oxunan: "Belə geyinirəm ki, insanların gözü gözəllik görsün" - VİDEO
629731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Ruhəngiz Allahverdiyeva geyim tərzi və özünü sevməyin vacibliyi barədə danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında qonaq olarkən açıqlama verib.

O, geyim seçimlərini insanların fikrinə görə etmədiyini bildirib.

"İnsan birinci özünü sevməlidir. Allah məni belə yaradıb. Tamaşaçıya görə geyinmirəm, insanların gözündə yaxşı görünmək üçün geyim seçmirəm. Eləsi var ki, məni belə paltarda görmək istəməz. Mən istəyirəm insanların gözü gözəllik görsün" deyə, müğənni qeyd edib.

İfaçı qırmızı rəngə olan sevgisindən də danışıb:

"Deyirlər, neçə yaşı var, nə geyinir, qırmızı geyinir. Qırmızı rəng mənfi enerjidən qoruyur. Hətta pis xəstəlik olan onkoloji xəstəliyi belə məhv edir deyirlər. Yaşın buna nə dəxli var? Yüz yaşım olanda da qırmızı geyinəcəyəm. Geyinəndə bədən ölçüsünə fikir verməlisən. İncəsənət adamıyıq, bədən quruluşumuz imkan verirsə, yaraşırsa geyinirəm. Buramda qırış var, etməyim, mənə yaraşmaz - düşünmürəm". (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO