Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - VİDEO

Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - VİDEO

Hazırda oxunan: Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - VİDEO
629741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur stilist Anar Ağakişiyev poverbank partlaması nəticəsində xəsarət aldığını açıqlamışdı. O, sosial şəbəkədə paylaşdığı videoda hadisə zamanı dodağının, burnunun və saçının yandığını bildirmişdi.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, bu hadisə gündəlik istifadə edilən cihazlardan biri olan poverbankların təhlükəsiz istifadəsi məsələsini yenidən gündəmə gətirib. Texnologiyanın inkişafı ilə bu cihazlara tələbat artsa da, onlar düzgün istifadə edilmədikdə ciddi risk yarada bilər.

Mövzu ilə bağlı sorğu zamanı paytaxt sakinlərinin bir qismi poverbankların partlaya biləcəyini bilsə də, bir çoxu üçün bu təhlükə hələ də təəccüblüdür.

Mütəxəssislərin sözlərinə görə, belə halların əsas səbəblərindən biri keyfiyyətsiz məhsulların alınması və cihazların düzgün istifadə edilməməsidir. Bununla yanaşı, keyfiyyətli poverbanklar belə yanlış istifadə zamanı təhlükəli ola bilər. Xüsusilə cihazın uzun müddət günəş altında, avtomobildə saxlanılması və ya həddindən artıq şarjda qalması batareyanın şişməsinə və partlamasına səbəb ola bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO