“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO

“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO

Hazırda oxunan: “Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
265209
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ildə salınan “Park Yasamal Yaşayış Kompleksi”nin sakinləri illərdir həmin ərazidə natəmiz şəraitdə yaşayıblar.

Bizim.Media Real TV-yə istinadən xəbər verir verir ki, qeyd edilən ilə qədər kompleksin salındığı ərazidə sakinlərin evləri ilə yanaşı, müxtəlif dəri sexləri və donuz fermaları fəaliyyət göstərib. Kanalizasiya sistemi mövcud olmadığından çirkab sular ərazi boyu axaraq Qanlıgölə tökülüb.

Sakin Səyyarə İmanova bildirib ki, 40 ilə yaxın bu ərazidə yaşayıb: “Uşaqlıqdan eşidirdim ki, bura söküləcək, ev tikəcəklər və s. Deyirdim ki, bura kimdir gələn, burda ilan mələyir, kimdir burada ev tikən, yaşayan?! Heç vaxt ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər, yaşıllıq salınar, futbol meydançası, gül-çiçək, maşın saxlamaq üçün qarajı olar. Yəni bir insanın yaşamağı üçün hər bir şərait yaradılıb. Gəl, qapının açarlarını al, içəri gir və yaşa”.

Digər sakin Zaur Kərimov isə qeyd edib ki, köçdüyü ev çox əlverişlidir: “1 ay 10 gündür ki, bura köçmüşəm, bura çox rahatdır. Hər şeydən razıyıq”.

Qeyd edək ki, hazırda Kristal tərəfindən “Park Yasamal” layihəsini 3-cü mərhələsinin tikintisi davam edir. Layihədə həm yaşayışa hazır, həm də tikilməkdə olan binalarda satış aparılır.

Sözügedən videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO