Dünyada ən çox danışılan 10 dil

Dünyada ən çox danışılan 10 dil

Hazırda oxunan: Dünyada ən çox danışılan 10 dil
265101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada minlərlə dil olsa da, bəziləri milyardlarla insanı bir-birinə bağlayan qlobal ünsiyyət vasitəsinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu il dünyanın ən çox danışılan dillərinin sıralaması belədir:

1. İngilis dili – 1,45 milyard nəfər

Qlobal biznes, elm, texnologiya və diplomatiyanın əsas dili olmağa davam edir. Ana dili olmayan milyardlarla insan onu ikinci dil kimi öyrənir.

2. Mandarin (Çin dili) – 1,12 milyard nəfər

Ən çox ana dili danışanına malik olan dildir. Çin iqtisadiyyatının böyüməsi ilə nüfuzu daha da artır.

3. Hind dili – 610 milyon nəfər

Hindistanın sürətlə artan əhalisi ilə bu dil qlobal arenada daha çox eşidilir.

4. İspan dili – 560 milyon nəfər

29 ölkədə rəsmi statusa sahibdir və Latın Amerikasından ABŞ-yə qədər geniş coğrafiyada danışılır.

5. Fransız dili – 310 milyon nəfər

Afrikada ən sürətlə yayılan dillərdən biri, 29 ölkədə rəsmi dildir.

6. Ərəb dili – 274 milyon nəfər

Qurani-Kərimin dili olmaqla yanaşı, mədəniyyət və ədəbiyyatda da böyük irsə malikdir.

7. Benqal dili – 273 milyon nəfər

Banqladeş və Hindistanın Qərbi Benqal bölgəsində əsas ünsiyyət vasitəsidir.

8. Portuqal dili – 264 milyon nəfər

Braziliya və Afrikanın bəzi ölkələri sayəsində böyük coğrafiyada danışılır.

9. Rus dili – 255 milyon nəfər

Avrasiya məkanında, eləcə də beynəlxalq elmdə və ədəbiyyatda mühüm yeri var.

10. Urdu dili – 230 milyon nəfər

Pakistanın rəsmi dili, Hindistanda da milyonlarla insan tərəfindən istifadə olunur. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO