Türkiyəli və rusiyalı qonaqlar Ağdama getdilər – FOTO

Hazırda oxunan: Türkiyəli və rusiyalı qonaqlar Ağdama getdilər – FOTO

26435

Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı qonaqlar Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olublar.

Bizim.Media xəbər verir ki, Ağdamın bütün tikililəri kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici diplomatlar Ağdamda "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri ilə tanış oldular - FOTO


​​​​​​​Nümayəndə heyətinə məlumat verilib ki, dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı.

Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO