Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

Hazırda oxunan: Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI
264134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərildi.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və bütün qiymətləndirmə vasitələri apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılmışdır.


Nəticədə ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test tapşırığının şərtində xəta aşkar edilib.
 

Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı təyin edilib.


Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO