Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ

Hazırda oxunan: Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ
263869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı günü-gündən inkişaf edir, gözəlləşir. Paytaxtımızın gözəlliyinə gözəllik qatan ən önəmli məkanlar siyahısında parklar xüsusi ilə diqqət çəkir.

Məlum olduğu kimi, son illərdə dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin qorunması və ictimai-yaşıllıq məkanlarının artırılmasıdır. Bu qlobal tendensiyaya qoşulan Bakıda da ekoloji və funksional cəhətdən yenilənmə istiqamətində mühüm layihələr həyata keçirir. Onlardan ən vacibi isə Mərkəzi Parkın genişləndirilməsi təşəbbüsüdür.

2040-cı ilədək Bakı: yaşıl və inklüziv şəhər

Məlum olduğu kimi, 2023-cü ilin dekabrında “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Sözügedən planda Şəhər və ətraf mühitin regenerasiyası xüsusi prioritet kimi qeyd olunub. Buna müvafiq olaraq, Bakının Baş planı ictimai-yaşıllıq məkanlarının artırılmasını prioritet sayır.

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 26


Bu çərçivədə həyata keçirilən Mərkəzi Park layihəsi yalnız estetik deyil, həm də sosial və ekoloji baxımdan şəhərin mühüm simvoluna çevrilir.

Parkın mərhələli inkişafı: 2019-dan bu günə
 

Parkın ilk hissəsi 2019-cu ilin mayında istifadəyə verilib. Əvvəllər “Sovetski” kimi tanınan ərazidə yaradılan geniş yaşıllıq zonası sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.


2022 və 2024-cü illərdə parkın ikinci və üçüncü hissələri də açılıb.

Bu mərhələlərdə, açıq hava idman zonaları, uşaq meydançaları və sakit istirahət sahələri salınıb. Üstəlik, mikromobilliyin təmin olunması məqsədilə Mərkəzi Parkda velosiped zolaqları salınıb, nəqliyyat və piyadaların hərəkəti optimallaşdırılıb.

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 27


Mərkəzi Parkı daha da gözəlləşdirən digər elementlər isə yaşıllıqların artırılıb, su elementləri əlavə edilməsidir. Hazırda parkın ümumi sahəsi 36 hektar təşkil edir. Lakin dördüncü mərhələdə bu ərazi daha da böyüyəcək.

Yeni mərhələ – şəhərin yaşıl gələcəyi
 

Dördüncü mərhələdə “Nizami” metrostansiyası ətrafında yerləşən 21 hektar sahə parka əlavə ediləcək. Burada, qarışıq ağac növləri ilə sıx meşə zonasının yaradılması, böyük süni göl və onun ətrafında rekreasiya zonalarının təşkili nəzərdə tutulub.


Üstəlik, dördüncü mərhələdə idman, mədəni tədbir və uşaq oyun sahələrinin qurulması, tarixi binaların funksional şəkildə parka inteqrasiyası planlaşdırılır.

Tarixi miras yaşıl fonda qorunacaq

Layihə çərçivəsində “Təzə Pir” məscidi ətrafındakı tarixi məhəllənin də müasir standartlara uyğun yenidən qurulması nəzərdə tutulur. Buradakı memarlıq abidələri qorunacaq, abidə olmayan, lakin tarixi dəyəri olan binalar isə ümumi konsepsiyaya uyğun şəkildə saxlanılacaq.

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 28


Mərkəzi Park təkcə yaşıllıq sahəsi deyil – bu, şəhər və insan arasında yeni münasibətin, funksional, sosial və ekoloji baxımdan dayanıqlı gələcəyin simvoludur. Layihə Bakı sakinlərinin həyat keyfiyyətinin artırılmasına, şəhərin daha yaşıl və inklüziv olmasına xidmət edir.

Bu təşəbbüs paytaxtın memarlıq simasını qoruyaraq onu müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirmək yolunda əhəmiyyətli addımdır.

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 1
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 2
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 3
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 4
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 5
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 6
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 7
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 8
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 9
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 10
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 11
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 12
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 13
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 14
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 15
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 16
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 17
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 18
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 19
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 20
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 21
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 22
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 23
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 24
Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ - foto 25


Pərviz Allahverdiyev, Bizim.Media                        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO