Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI

Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI

Hazırda oxunan: Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI
263572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Numeroloqların fikrincə, rəqəmlər müəyyən enerji daşıyır və insan həyatına təsir edə bilər. Mənzil nömrəsi uğur, rifah və güc gətirə bilər, eyni zamanda mənfi təsirlər də yarada bilər.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, mənzil nömrəsinin energetikasını öyrənmək üçün rəqəmləri bir-birinə toplamaq lazımdır. Nəticədə 1-dən 9-a qədər bir rəqəm əldə edilir. Məsələn, 68 nömrəli mənzil üçün 6 + 8 = 14, 1 + 4 = 5 – nəticə 5-dir.

Ən uğurlu mənzil nömrələrindən biri 0-dır, çünki bu başlanğıc, harmoniya və idealın simvoludur.

1 uğurlu başlanğıcları simvollaşdırır və bu evlərdə yeni işlərdə uğur qazanmaq mümkündür. 3 bolluq, sevgi və qarşılıqlı hörmət gətirir. 4 nömrəli evlərdə sabitlik və rahatlıq olur. 5 maliyyə uğuru və böyük qazanc enerjisi daşıyır. 7, ümumiyyətlə, ən uğurlu sayılır, çünki bu evlərdə harmoniya, xoşbəxt ailə həyatı və karyerada uğurlar müşahidə olunur.

Çətinlik yarada biləcək nömrələrdən biri 2-dir, çünki şəxsi və iş həyatında balanssızlıq yaşana bilər.
 

6 nömrəli evlərdə müsbət emosiyalar çatışmaya bilər və komfort hissi zəif ola bilər. 8 nömrəsində maliyyə çətinlikləri yaşanma riski var, xüsusilə düzgün idarə olunmazsa. 9 nömrəsində isə həddindən artıq məsuliyyət və yorğunluq yaşanaraq həyatda məqsədlərə çatmaq çətinləşə bilər.


Bu səbəbdən yeni mənzil seçərkən nömrəsinə diqqət yetirmək, enerji baxımından uyğun olub-olmadığını qiymətləndirmək tövsiyə olunur. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO