Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq? - Amerikalı senatordan SENSASİON AÇIQLAMA

Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq? - Amerikalı senatordan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq? - Amerikalı senatordan SENSASİON AÇIQLAMA
263384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib.
 

“Bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq”, - o deyib.


Senatorun sözlərinə görə, üçüncü dövlətlərin və ya təşkilatların sülh yaratmaq cəhdlərinin çoxu nəticəsiz olub. Deyns qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları regiona və sülh danışıqlarına prioritet diqqət göstərməyib.

Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda artımı və sabitliyi təşviq edir.

Deyns əlavə edib ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə bu sazişin imzalanması Cənubi Qafqazda və bütün dünyada sülh və sabitliyə töhfə verəcək. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO