Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Hazırda oxunan: Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO
262934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək mərkəz xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.

Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.

Mərkəzdə uşaqların fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı bacarıqlarının artırılması sahəsində təlimlərə cəlb olunması nəzərdə tutulur.

Hazırda ölkə üzrə SXA-nın 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.

Həmin mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib.

Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO