Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək

Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək

Hazırda oxunan: Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək

262563
Hər il olduğu kimi, bu il də paytaxtımızda Novruz bayramı dövlət səviyyəsində keçiriləcək. Moderator.az-ın əldəxa0 etdiyi məlumata görə, YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.xa0

Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.

Tədbirlərdə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə Mədəniyyət Nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı Şəhər Gənclər İdarəsi tərəfindən hazırlanacaq.xa0

Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq.xa0

Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ailəsi ilə birlikdə hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO