Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı

Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı

Hazırda oxunan: Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı
261934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son zamanlar anamın səhhətində narahatlıqlar var idi”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Dursun Qasımovanın oğlu, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

O qeyd edib ki, anası çox əziyyət çəkirdi:
 

“Bu gün saat 18 radələrində anam rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi.


Bildirdilər ki, yaşı çoxdur ağrılara dözə bilməz”.

Nofəl Qasımov onu da bildirib ki, anası son günlər sözün əsl mənasında çox əziyyət çəkib:

“Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi danışılacaq bir vəziyyət deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO