"Qızlar, təhsil alın, özünüzü tərbiyə edin" - İradə İbrahimova

Hazırda oxunan: "Qızlar, təhsil alın, özünüzü tərbiyə edin" - İradə İbrahimova
26166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni İradə İbrahimova şəkillərinə tənqid yazanlara cavab verib.

Bizim.Media xəbər verir ki, sənətçi son paylaşımında onu arıqlığına görə tənqid edənləri qınayıb:

"Özlərincə, məndə səhv, nöqsan tapmağa çalışanlara səslənirəm. Öncə hər yaradılışda yaradanı gördüyüm üçün sizin "Çox arıqsan, yaraşmır", "Çökmüsən", "Çirkinsən" kimi nə görən ürəyinizdən, nə də sözlərinizdən incidiyim üçün yazmadığımı  qeyd etmək və nacizanə səslənmək istəyirəm.

Qızlar, təhsil alın, özünüzü tərbiyə edin, inkişaf edin. Heç kimin və heç nəyin sizi susdurmağına, bir tikə kimi udmağına icazə verməyin.

Sosial media, sadəcə selfi və "swipe up" üçün istifadə etdiyimiz bir platform deyil. Olmamalıdır...

Qadın dediyimiz varlıq, sadəcə pal-paltar, makiyaj, gül-çiçək, oyuncaq deyil. Mənfi keyfiyyətlər də nümunə deyil.

Oyanın! Bir zamanlar "Mercedes"in keyfiyyətsiz maşınlar üçün dediyi şüar kimi "O başında beyin olmazsa, gözəlliyin bir qəpiyə dəyməz". Qadın haqqın nurudur, halikdir, məxluq deyil. Qadın insanlığın, mədəniyyətin aynasıdır".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO