Jurnalist Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti UZADILDI - FOTO

Jurnalist Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti UZADILDI - FOTO

Hazırda oxunan: Jurnalist Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti UZADILDI - FOTO
260143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 15-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq-mühafizə orqanlarının saxladığı Bakir Səfərovun işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə modern.az-a B.Səfərovun qardaşı, tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynli məlumat verib.
 

O bildirib ki, B.Səfərov barəsində həbs tədbirinin 3 ay müddətinə uzadılmasına və onun oktyabrın 19-dək həbsdə saxlanmasına qərar verilib. Medianın iştirakı olmadan keçirilmiş məhkəmədə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları iştirak ediblər.


S.Hüseynli qeyd edib ki, ali təhsilli pedaqoq, ixtisasca rus dili və ədəbiyyatı müəllimi olan 61 yaşlı Bakir Səfərov hipertoniya - yüksək qan təzyiqi xəstəsi olmaqla yanaşı, sağlamlığında digər problemlər də var.

İstintaq materiallarına, şahid ifadələrinə görə, B.Səfərovun üzərində hər hansı ciddi və əsaslı ittiham yoxdur.

Xatırladaq ki, onun iki qardaşı - Hüseyn və Ziyəddin Səfərovlar bir müddət öncə zorakılıqla həbs edilərkən işgəncələr nəticəsində həyatını itiriblər.


Jurnalist Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti UZADILDI - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO